Aİ-nin Azərbaycandakı səfiri Xocalı soyqırımı ilə bağlı başsağlığı verib

Aİ səfiri Peter Mixalko

© APA | Aİ səfiri Peter Mixalko

# 26 fevral 2024 11:11 (UTC +04:00)

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

APA xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin "Facebook" hesabında bildirilib.

"Biz Xocalıda dəhşətli faciənin qurbanlarını yad edirik: qadınlar, kişilər, uşaqlar, qocalar və onların hamısının xatirəsini yad edirik. Xocalıda ailələrini, yaxınlarını, evlərini itirənlərə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız barışıq və davamlı sülh naminə hər zaman birgə işləməliyik ki, belə faciələr bir daha təkrarlanmasın", - Aİ səfiri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR