Bank Of Baku

Aİ-nin Ermənistanın Azərbaycanla sərhədindəki missiyasının müddətinin 2 il uzadılması təklif olunur

Aİ-nin Ermənistanın Azərbaycanla sərhədindəki missiyasının müddətinin 2 il uzadılması təklif olunur
# 10 yanvar 2025 13:45 (UTC +04:00)

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Aİ-nin Ermənistandakı müşahidəsi missiyasının qalma müddətinin daha iki il uzadılmasını təklif edib.

APA xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti Ali Nümayəndənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Üzv dövlətlərin bu təklifi alqışladığı və hazırda Aİ Şurasının müvafiq qurumları ilə lazımi hüquqi aktların müzakirə edildiyi” vurğulanıb.

O da qeyd edilib ki, “Şuranın Aİ müşahidə missiyasının mandatının uzadılmasına dair qərarı yaxın günlərdə gözlənilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR