Bank Of Baku

Aİ: Regionda dayanıqlı sülh üçün Azərbaycan və Ermənistanla əməkdaşlıq davam edəcək

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono

© APA | Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono

# 20 noyabr 2025 12:58 (UTC +04:00)

Avropa İttifaqı regionda dayanıqlı sülhün və qarşılıqlı inkişafın əldə olunması yolunda Azərbaycan Ermənistanla əməkdaşlığı davam etdirəcək.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono “X”də bildirib.

“İrəvanda 18-19 noyabr tarixlərində davam edən yüksək səviyyəli intensiv və mühüm məsləhətləşmələri tamamladım. Baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmilərlə Azərbaycan-Ermənistan sülh prosesi, Türkiyə-Ermənistan normallaşması, humanitar məsələlər, konnektivlik və regional əməkdaşlıqla bağlı dərin, detallı fikir mübadiləsinə görə təşəkkür edirəm. Vətəndaş cəmiyyətinin nümayəndələri ilə maraqlı müzakirələrimdən də razı qaldım. Avropa İttifaqı azərbaycanlı və ermənistanlı tərəfdaşları tam sülh və regional uğurlara gedən yolda dəstəkləyir”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR