“Minalar çox dəhşətdir. Azərbaycan xalqı bu fəlakəti yaşamaqdadır”.
APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans zamanı deyib.
O bildirib ki, Avropa İttifaqı Azərbaycanın ən əsas tərəfdaşı olaraq qalmaqdadır:
"Avropa İttifaqı 2020-ci ildən bəri ANAMA ilə və digər təşkilatlarla əməkdaşlıq edir. Avropa İttifaqının üzv dövlətləri də Azərbaycana bu mühüm məsələlərdə dəstəyini əsirgəməyib. Azərbaycanla minatəmizləmədə 3 sahədə əməkdaşlıq edirik. Mina qurbanlarına yardım göstərilməkdədir. Təhlükəsiz qayıdışla bağlı dəstəyimizi göstəririk", o deyib.