Bank Of Baku

Aİ səfiri: Rusiyada azərbaycanlılara qarşı zorakılıq xəbərləri məni dərindən narahat edir

Peter Mixalko

© APA | Peter Mixalko

# 30 iyun 2025 18:20 (UTC +04:00)

Rusiyada azərbaycanlılara qarşı zorakılıq xəbərləri məni dərindən narahat edir.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko sosial media hesabında bildirib.

“Rusiya təhlükəsizlik qüvvələri tərəfindən etnik azərbaycanlılara qarşı zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticələnən xəbərlərdən dərin narahatam. Mənim fikirlərim qurbanlar və onların ailələri ilədir”, - diplomat qeyd edib.

Qeyd edək ki, iyunun 28-də Yekaterinburqda Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatda Rusiya vətəndaşı olan 9 azərbaycanlı saxlanılıb, 2 qardaş öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR