Ermənistan təxribatlarına və hücumlarına son qoymalıdır.
APA NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik bildirib.
O qeyd edib ki, Ermənistan Azərbaycanın qanuni haqlarına hörmət etməlidir.