Albaniyanın Baş nazirinin Azərbaycana işgüzar səfəri başa çatıb

Albaniyanın Baş nazirinin Azərbaycana işgüzar səfəri başa çatıb
# 01 mart 2024 19:31 (UTC +04:00)

Albaniya Respublikasının Baş naziri Edi Ramanın Azərbaycan Respublikasına işgüzar səfəri martın 1-də başa çatıb.

APA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Edi Ramanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Albaniya Baş nazirini hava limanında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR