Paşha Bank
Bank Of Baku

Alen Simonyan dekabrda Azərbaycana gələcək

Alen Simonyan

© APA | Alen Simonyan

# 19 noyabr 2026 10:00 (UTC +04:00)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana gələcək.

APA xəbər verir ki, bu barədə Alen Simonyan özü bildirib.

Alen Simonyan qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir müddət əvvəl Ermənistana səfər edib. Bu dəfə o, Azərbaycana səfər edəcək.

Simonyanın sözlərinə görə, səfər zamanı texniki məsələlər və əməkdaşlıq müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu ilin iyun ayında ilk dəfə Ermənistanın Dilican şəhərinə səfər edərək, həmin vaxt Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Armen Qriqoryanla görüşmüşdü.

Ermənistan Təhlükəsizlik Şurasının yaydığı məlumatda bildirilmişdi ki, növbəti görüş Azərbaycanda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR