Almaniya XİN: Azərbaycan və Ermənistan arasında sülhə gedən yolu dəstəkləməyə hazırıq

Almaniya XİN: Azərbaycan və Ermənistan arasında sülhə gedən yolu dəstəkləməyə hazırıq
# 20 aprel 2024 15:46 (UTC +04:00)

Almaniya Azərbaycan və Ermənistan arasında davamlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazırdır.

APA xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşımda bildirilib:

"Azərbaycan və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin demarkasiyasına dair razılıq əldə etməsi sülh sazişinə gedən yolda böyük maneəni aradan qaldırır. Almaniya davamlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazırdır", - deyə paylaşımda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR