Bank Of Baku

Almaniya XİN rəhbəri Azərbaycana gəlir

Almaniyanın xarici işlər naziri Yohann Vadeful

© APA | Almaniyanın xarici işlər naziri Yohann Vadeful

# 17 noyabr 2026 12:51 (UTC +04:00)

Almaniyanın xarici işlər naziri Yohann Vadeful bu gün Azərbaycana səfər edəcək.

Bu barədə “Deutschlandfunk” radiosu Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Almaniya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Vadefulun Bakıda keçirəcəyi görüşlərdə iyul ayında razılaşdırılmış strateji gündəliyin həyata keçirilməsi, Ermənistanla sülh prosesi və Rusiyanın Cənubi Qafqazdakı rolu əsas müzakirə mövzuları olacaq.

Almaniya XİN rəhbəri noyabrın 18-də isə Ermənistana yollanacaq. İrəvanda keçiriləcək danışıqlarda Ermənistanın Avropa İttifaqına yaxınlaşması və Azərbaycanla münasibətlərin normallaşdırılması məsələləri də müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR