Türkiyə və Azərbaycan liderlərinin hər görüşü iki ölkə arasında münasibətləri, eyni zamanda, öz aralarında dostluqları daha da dərinləşdirən bir platformaya, fürsətə çevrilir.
Bunu APA-nın İstanbul müxbirinin sualına cavabında Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib.
O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri çərçivəsində iki lider münasibətlərin dərinləşdirilməsinə dair addımları müzakirə edib.