Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən həm Almaniya, həm Avropa İttifaqı, həm də Fransaya yönəlik birmənalı mesajlar verdi.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Deputat bildirib ki, rəsmi Berlin Avropanın digər ölkələrindən, xüsusilə də Fransadan fərqli olaraq proseslərə ümumilikdə balanslı yanaşmağa çalışır, məhz bunun kontekstində də Azərbaycanla münasibətlərin qorunub saxlanılmasına böyük diqqət ayırır: “Bu gün Almaniya ilə Azərbaycan arasında münasibətlərin müsbət inkişaf dinamikası müşahidə edilir: “Bu xüsusda Azərbaycan-Almaniya ikitərəfli münasibətləri iqtisadi əlaqələrin müstəvisində daha çox önə çıxır. Hazırkı dövrdə isə bəzi Qərb dövlətləri və təşkilatlarının Azərbaycana qarşı qərəzli və birtərəfli mövqeyinə baxmayaraq, Almaniya proseslərə neytral yanaşma sərgiləyir”.
Aqil Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev də Almaniya nümayəndə heyətini qəbul edərkən beynəlxalq hüquq normalarının Azərbaycanın tərəfində olduğunu bir daha xatırladıb. Bu nöqteyi-nəzərdən Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsinə qarşı olan yanaşmalar tamamilə əsassız və qərəzlidir: “Ancaq təəssüf ki, ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Əsas hədəf olaraq da anti-Azərbaycan siyasəti və bu istiqamətə yönəlmiş səlibçi bir “təfəkkür” formalaşdırılıb. Prezident Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozef Borrelin Azərbaycanla bağlı qərəzli mövqeyinə toxunarkən də bu mövzudan bəhs edib. “Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır” – deyə cənab Prezident Azərbaycan ətrafında yaradılan qərəzli informasiyaların heç bir əsasa malik olmadığını bir daha vurğulayıb. Reallıq odur ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında qalıb. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib. Ərazilərdə böyük dağıntılar, vandallıq, barbarlıq siyasəti həyata keçirilib. Məhz bu təcavüzkar siyasətin nəticəsi olaraq 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan isə bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara belə riayət etməyib. Azərbaycan ədaləti özü bərpa edib. Bu faktlar ortada ola-ola Azərbaycana qarşı Avropa institutları tərəfindən növbəti dəfə ayrı-seçkilik edilir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkəmizin nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə əsassız, heç bir mahiyyətə söykənməyən “qərar” qəbul edib. Ancaq diqqət çəkən məqam həm də odur ki, bu “qərar” Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Olaf Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür”. Prezident bu məqama diqqət çəkməsi həm də rəsmi Berlinə bir mesajdır. Digər tərəfdən, Azərbaycan öz haqqını sona kimi qorumağı bacaran güclü dövlətdir. Prezident İlham Əliyev də bildirib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik”.
Deputat deyib ki, çox təəssüf ki, torpaqlarımızın işğal altında olduğu 30 illik müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi ədalətin bərpa olunması üçün heç bir addım atmadılar: “Azərbaycan öz torpaqlarını azad etməyə başlayanda bu üç ölkə ölkəmizə təzyiqlər göstərməyə başlayıb. Dövlət başçısının da qeyd etdiyi kimi artıq Rusiya proseslərin nədən ibarət olduğunun fərqindədir. ABŞ və Fransanın eyni yanaşmanı sərgiləməsi gözlənilir. Bunun əksinə olacaq proseslər həmin ölkələr üçün heç nə vəd etmir. Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanla münasibətləri normallaşdırmaq bu kontekstdə əsas şərtdir”.
Aqil Məmmədov: Prezident Almaniya, Avropa İttifaqı və Fransaya yönəlik birmənalı mesajlar verdi
Xarici siyasət
Azərbaycan XİN Fələstini təbrik edib
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün İslamabada səfər edib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - FOTO
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - FOTO
Xəbər Lenti
Tramp Bayden administrasiyasını ABŞ-ın mülki aviasiya sistemini iflic vəziyyətə salmaqda ittiham edib
Bakıda güclü külək ağacı evin üstünə aşırıb, ev sakinləri təxliyə edilib - YENİLƏNİB - VİDEO
APA-nın yaranmasından 22 il ötür
Husilər ər-Riyadda hava limanına və maliyyə mərkəzinə zərbə endirdiklərini açıqlayıblar
Rusiya Estoniyanın sərhəd-keçid məntəqələrini bağlamaq planını araşdıracaq
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
Suriya və Livan sərhəddə sabitliyin möhkəmləndirilməsi üçün tədbirlər görəcək
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə “Yubiley gecəsi” keçirilib
NATO-nun gələn il Albaniyada keçirəcəyi liderlər sammiti ləğv edilib
ABŞ-ın daha bir aviadaşıyıcı gəmisi sabah Yaxın Şərqdəki iki gəmiyə qoşulacaq
Lavrov: Avropa Ukrayna ilə bağlı danışıqlar üzrə “sonuncu vaqona tullanmaq" istəyir
Estoniya Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlayır
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb
Tramp: ABŞ-ın hava nəqliyyatını idarəetmə sistemi köhnədir, Konqres modernləşməsinə vəsait ayırmalıdır
“Taliban” Əfqanıstan radiostansiyalarına kriket yarışlarını işıqlandırmağı qadağan edib
İndoneziyada güclü qasırğa nəticəsində 500 tikiliyə ziyan dəyib - VİDEO
Bakıda və Abşeron yarımadasında küləyin sürəti 27 m/s-ə çatıb
Ağstafa rayonunda sursat partlayışı baş verib, ölən və xəsarət alan var - YENİLƏNİB
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1
Yəmən hökuməti Bab əl-Məndəb boğazı və Zubab rayonuna nəzarəti tam itirib - YENİLƏNİB
Xarici ölkələrin səfirləri Sumqayıtda alman əsirləri məzarlığını ziyarət ediblər - FOTO
Media və Yayım Şurası: Fransadan idarə olunan “YouTube” kanalı Söyüdlü kəndinin boşaldılacağı barədə dezinformasiya yayıb
Əməkdar artist Arif Mirzəyev dəfn edilib - YENİLƏNİB-1
Ukrayna Həştərxan vilayətindəki hərbi aerodroma zərbə endirib
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB-2 - VİDEO
ABŞ Yaponiyadakı bazasında ilk dəfə “F-15EX” qırıcı təyyarələri yerləşdirib
İordaniyada kilsədə terror aktı törədən üç nəfər ölüm cəzasına məhkum edilib
Qara dənizdə göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib - VİDEO
KİV: İsrail İranın Trampa sui-qəsdə hazırlaşdığı barədə xəbərdarlıq edib
Berlində gənclər “Z nəsli qərar verir” şüarı ilə aksiya keçirib, 22 nəfər saxlanılıb
Sabah intensiv yağış yağacaq
“SpaceX” tarixdə ilk dəfə kosmik gəmini “tutmağa” nail olub - VİDEO
Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Qalibaf: Biz "nə müharibə, nə də sülh" vəziyyətində qalmayacağıq
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
Azərbaycan XİN Fələstini təbrik edib
Makron: Ukraynaya yardımların məhdudlaşdırılması yeni müharibəyə gətirib çıxaracaq
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün İslamabada səfər edib
Ukrayna Taqanroqda elektrik yarımstansiyasına PUA zərbəsi endirib, ölən və yaralananlar var
Mask: Censen Huanqın Nvidia-dan ayrılması mühüm müqavilələrin pozulmasına səbəb ola bilər
Şimali Koreya Yaponiyanı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edib
İranda sərnişin avtobusu aşıb: 11 nəfər ölüb, 19 yaralı var