Bank Of Baku

Araz Əzimov: "Ukraynadakı vəziyyət ciddi narahatlıq doğurur"

Araz Əzimov

© APA | Araz Əzimov

# 25 fevral 2022 00:04 (UTC +04:00)

24 fevral 2022-ci il tarixində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Polşa sədrliyi tərəfindən Daimi Şuranın xüsusi iclası keçirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, iclasda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov videoformatda iştirak edib.

Xüsusi iclasda çıxış edən A.Əzimov Ukraynada və ətrafındakı vəziyyətin ciddi narahatlıq doğurduğunu qeyd edib.

Vəziyyətin gərginləşməsinin itkilərin olmasına səbəb olduğu qeyd edilərək, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı bildirilib.

Mövcud vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında dinc və diplomatik yollarla həllinin vacib olduğu vurğulanıb.

Mövcud durumda, vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün təxirəsalınmaz dialoqa çağırış edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR