Bakıda Asiya Parlament Assambleyasının Büdcə və planlaşdırma daimi komitəsinin iclasında qurumun 2025-ci il üçün büdcə layihəsi müzakirəyə çıxarılıb.
APA xəbər verir ki, hər bir üzv ölkə büdcənin formalaşdırılması üçün minimun 22 min ABŞ dollarından maksimum 50 min ABŞ dollarınadək vəsait ödəyəcək.
Ümumilikdə isə təşkilatın büdcəsi 1 milyon ABŞ dolları təşkil edəcək.
Məsələ Asiya Parlament Assambleyasının plenar sessiyasına tövsiyə olunub.