Asiya Parlament Assambleyasının plenar sessiyası başa çatıb

Asiya Parlament Assambleyasının plenar sessiyası başa çatıb
# 23 fevral 2024 15:59 (UTC +04:00)

Fevralın 23-də Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası öz işini başa çatdırıb.

APA xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edib.

Plenar sessiyanın ikinci günündə Asiya Parlament Assambleyasının daimi komitələrinin hesabat məruzələri dinlənilib. Sonra Bəhreyn, İraq, Qətər, Rusiya Azərbaycanın sədrlik etdiyi Asiya Parlament Assambleyasının 2024-cü il üçün sədr müavinləri qismində seçilib.

Daha sonra Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasının (ASGAP) Asiya Parlament Assambleyasına müşahidəçi statusu məsələsinə baxılıb.

Asiya Parlament Assambleyasının 14-cü sessiyasının sonunda Bakı Bəyannaməsi və Assambleyanın yekun hesabatı qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR