Bank Of Baku

AŞPA Prezidenti Azərbaycan və Ermənistana dialoq çağırışı edib

Tini Koks

© APA | Tini Koks

# 10 oktyabr 2022 14:15 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koks Azərbaycan və Ermənistana dialoqla bağlı çağırış edib.

APA xəbər verir ki, bu gün Strasburqda AŞPA-nın payız sessiyasında çıxış edən Tini Koks Azərbaycan və Ermənistandan olan parlamentariləri Assembleyadan forum kimi faydalanmağa çağırıb.

O, parlamentariləri eyni zamanda, çətin və həssas məsələlərdə fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə dialoq qurmağa çağırıb.

Tini Koks çıxışında hər iki ölkəni uzunmüddətli dayanıqlı sülh üçün həll yolları tapmağa da çağırıb. O, gərginliyin Cənubi Qafqazda yaşayan insanların həyatına mənfi təsir göstərdiyini əlavə edib.

Qeyd edək ki, bu gün AŞPA-nın payız sessiyasının ilk günündə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlarla bağlı məsələnin müzakirə olunması qərarlaşdırılıb. Məsələ bu gün sessiyanın ikinci hissəsində Fransa vaxtı ilə təxminən 16:00 radələrində müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR