Astanada Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

Astanada Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
# 26 fevral 2024 11:32 (UTC +04:00)

Astanada Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dövlət himnimiz səsləndirilib.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Xocalı faciəsi barədə məlumat verib.

Səfir qeyd edib ki, Xocalı soyqırımı heç vaxt xatirələrdən silinməyəcək, lakin Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi şanlı Zəfər bu qanlı hadisənin qurbanlarının ruhunu şad edib:

"Bu qanlı hadisədən 32 il vaxt keçməsinə baxmayaraq, soyqırımı törədənlər hələ də cəzalandırılmayıb və Azərbaycan bu gün də Xocalıya ədalət axtarışını davam etdirir. Xocalı soyqırımı azərbaycanlılar üçün tarixin ən ağrılı səhifələrindən biri olmaqla yanaşı, ermənilərin əsl üzünü göstərən insanlıq tarixinin ən dəhşətli nümunələrindən biridir".

Sonra Xocalı soyqırımını özündə əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.

Əhməd Əkbərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR