Xəbərə video əlavə edilib.
***
20:13
ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Tereza Ribeiro bu gün Kəlbəcərdə Azərbaycan media mənsublarının minaya düşərək həlak olması ilə bağlı bəyanat verib.
APA-nın xəbərinə görə, bu barədə ATƏT-in saytında məlumat verilib.
Bildirib ki, Azərbaycan Dövlət Xəbər Agentliyi ("Azərtac") və Azərbaycan Dövlət Televiziyasında çalışan iki jurnalist Kəlbəcərdə bu gün xidməti vəziflərinin icra edərkən mina partlayışı nəticəsində həlak olublar. AzTV-nin rejissoru Emin Məmmədov daxil olmaqla bir neçə şəxs isə yaralanıb.
"Məhərrəm İbrahimov ve Sirac Abışovun faciəvi ölümü dəhşətli xəbərdir. Onların yaxınlarına və həmkarlarına dərin başsağlığı verirəm", -deyə Ribeiro vurğulayıb.
ATƏT rəsmisi hüquq-mühafizə orqanlarının məsələylə bağlı cinayət işi açdığını qeyd edərək günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümidvar olduğunu bildirib.