Avropa Parlamentinin qətnaməsi postmünaqişə dövründə münasibətlərdə ayırıcı xətlərə xidmət edir - RƏY

Avropa Parlamentinin qətnaməsi postmünaqişə dövründə münasibətlərdə ayırıcı xətlərə xidmət edir - RƏY
# 05 mart 2024 11:24 (UTC +04:00)

Təəssüflər olsun ki, bir neçə gün bundan öncə Avropa Parlamenti məkrli qətnamə qəbul etdi.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, bu, postmünaqişə dövründə münasibətlərdə ayırıcı xətlərə xidmət edir: “Bu, vaxtilə özlərinə milyonlarla büdcə ayıran, münaqişənin dondurulması, münaqişənin necə həll edilməməsi kimi parazitliklə məşğul olan ATƏT-in bəzi qurumlarını xatırlatdı. Biz Ordumuzun, Ali Baş Komandanımız, birliyimiz nəticəsində o planları məhv etdik, onları pat vəziyyətinə saldıq. Biz indiki planlara qarşı da çıxmalıyıq, Azərbaycan Qoşulmama Hərəkatı, Asiya Parlament Assambleyası sayəsində öz beynəlxalq nüfuzunu daha da artırılmalıdır”.

Deputat Kamal Cəfərov vurğulayıb ki, Avropa Parlamenti tərəfindən “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı” üzrə qəbul edilmiş qətnamə Azərbaycana qarşı başladılmış total kampaniyanın tərkib hissəsidir: “Qətnamədə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı açıq hörmətsizlik nümayiş olunub, 2023-cü ildə həyata keçirdiyimiz lokal xarakterli anti-terror tədbirləri ilə bağlı faktlar təhrif edilib, böhtan xarakterli və tamamilə əsassız müddəalar təkcə Avropa Parlamenti deyil, Avropa İttifaqının gələcək fəaliyyətinə dair əsaslı şübhələr yaradıb. Avropa Parlamentinin deputatları müxtəlif dinləmələr zamanı Cənubi Qafqaz regionunda yeni münaqişə üçün açıq çağırışlar səsləndiriblər. Bütün bunlar bir daha təsdiq edir ki, Avropa Parlamentinin nümunəsində bəzi dövlətlər və institutlar regionda sülh istəmir, onlar üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları deyil, şəxsi maraqlar, yeni geosiyasi üstünlüklər əldə etmək təşkil edir. Bu cür siyasət bir daha göstərir ki, Qərbin məqsədi bu məsələni süni şəkildə şişirtmək və Azərbaycanı qarşısına qoyduğu xarici siyasət hədəflərindən yayındırmaq cəhdidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev andiçmə mərasimi zamanı burada çıxış edərək açıq şəkildə bəyan etmişdir ki, biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Bu o deməkdir ki, Azərbaycan regionda real sülh istəyir. Hazırda siyasi proseslər onu göstərir ki, nə Ermənistan rəhbərliyi yaxın tarixdən düzgün nəticə çıxarıb, nə də ki erməni xalqının kollektiv ağlı yoxdur ki, özlərini yeni geosiyasi oyunun aləti olmaqdan qoruya bilsin. Qarşılarında 32 il bundan əvvəlki Azərbaycan deyil. Bu gün Azərbaycan tarixdə olmadığı qədər güclü və müstəqildir. Bu gün Azərbaycanın İlham Əliyev kimi müzəffər lideri və müdrik xalqı var. Əgər Qafqazda real sülh bərqərar olacaqsa, buna da məhz İlham Əliyevin iradəsi ilə nail olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR