Avropa Şurasının Baş katibi: Azərbaycanla əlaqələrin inkişafı üçün daimi təmasdayıq

Avropa Şurasının Baş katibi Alen Berse

© APA | Avropa Şurasının Baş katibi Alen Berse

# 16 may 2025 13:11 (UTC +04:00)

Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi məqsədilə daimi əlaqədəyik.

APA xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Alen Berse Tiranada jurnalistlərə açıqlamasında deyib.

“Biz Azərbaycanla davamlı əlaqədəyik. Mən özüm də ötən ilin noyabrında Bakıda idim. Prezident Əliyevlə sonuncu görüşüm üç həftə əvvəl Antalyada oldu. Biz 46 üzv ölkə ilə birlikdə əlaqələrin inkişaf etdirilməsi üzərində işləyirik”, - Baş katib qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR