Bank Of Baku

Ayxan Hacızadə Azərbaycanın xarici siyasət prioritetləri mövzusunda çıxış edib

Ayxan Hacızadə Azərbaycanın xarici siyasət prioritetləri mövzusunda çıxış edib
# 17 oktyabr 2025 17:28 (UTC +04:00)

17 oktyabr tarixində Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş keçirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi “Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Daha sonra, kurs iştirakçılarına Xarici İşlər Nazirliyinin iş prosesi barədə məlumat verilib.

Kursda, ümumilikdə Müdafiə Nazirliyi və digər dövlət qurumlarından, eləcə də qardaş ölkələr - Türkiyə və Pakistandan olan 28 nəfər nümayəndə iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR