Bank Of Baku

Azərbaycan deputatının hazırladığı sənəd İrəvanda müzakirə olunacaq

Azərbaycan deputatının hazırladığı sənəd İrəvanda müzakirə olunacaq
# 21 fevral 2022 12:11 (UTC +04:00)

“İrəvanda AVRONEST Parlament Assambleyasının komitələrin birgə iclaslarında müxtəlif məsələlər müzakirə ediləcək”.

Bunu APA-ya açıqlamasında AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

T. Mirkişi deyib ki, AVRONEST Parlament Assambleyasının İqtisadi inteqrasiya, sosial məsələlər, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin birgə iclasında iki sənəd müzakirə olunacaq. Birinci sənəd “Paytaxt şəhərlər: post COVİD-19 reallıqlarında iqtisadi inkişaf” mövzusunda olacaq.

Qeyd edək ki, bu sənədin müəllifi T. Mirkişilidir.

İkinci sənəd isə “Avropa Birliyi və Şərq tərəfdaşlığı ölkələrinin vaksinasiya proqramlarının uyğunluğu” mövzusunda olacaq. Bu sənədin müəllifi isə Avropa Parlamentinin üzvü Juozas Olekasdır.
T. Mirkişili bildirib ki, iclasda müzakirələr bu iki məsələ üzərində olacaq: “Bütün məsələlər üzrə Azərbaycan nümayəndə heyəti müzakirələrdə aktiv iştirak edərək Azərbaycanın və regionun gələcək çağırışlara yaxşı hazırlaşması üçün ölkəmizin baxışını və planlarını açıqlayacaq”.

Qeyd edək ki, fevralın 22-də İrəvanda AVRONEST PA-nın komitə iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri T. Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR