Azərbaycan Milli Məclisi Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaratmayıb

Azərbaycan Milli Məclisi Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaratmayıb
# 08 oktyabr 2024 10:01 (UTC +04:00)

Azərbaycan Milli Məclisi Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaratmayıb.

APA xəbər verir ki, bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Parlamentin bu gün keçiriləcək plenar iclasına tövsiyə olunan qərar layihəsində Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılması məsələsi əksini tapmayıb.

Qeyd edək ki, ötən çağırış Azərbaycan parlamentinin Fransa ilə əlaqələr üzrə işçi qrupu Parisin qeyri-konstruktiv mövqe tutması səbəbindən fəaliyyətini yarımçıq dayandırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR