Azərbaycan və Polşa arasında diplomatik münasibətlərin qurulmasından 30 il ötür.
APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "Twitter"də paylaşım edib.
"Bu gün Azərbaycan və Polşa arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ili tamam olur. Bu münasibətlə Polşa Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatıdırırıq. Azərbaycan-Polşa əməkdaşlığın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik", paylaşımda qeyd olunub.