Bank Of Baku

Azərbaycan səfiri Belarus XİN rəhbəri ilə görüşüb

Azərbaycan səfiri Belarus XİN rəhbəri ilə görüşüb
# 28 noyabr 2023 15:57 (UTC +04:00)

Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev bu ölkənin xarici işlər naziri Sergey Aleyniklə görüşüb.

APA xəbər verir ki, bu barədə Belarus XİN “X” platformasında yazıb.

Tərəflər Bakı ilə Minsk arasında əməkdaşlıq üzrə yol xəritəsinin hazırlanmasını müzakirə ediblər.

Belaruslu diplomat ölkələrarası siyasi dialoqun intensivləşdirilməsi və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində göstərdiyi səylərə görə səfirə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR