Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş”ə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə” qanunu təsdiqləyib.
APA-nın xəbərinə görə, qanuna əsasən, qurum Türk Dövlətləri Parlament Assambleyası adlanacaq.