Bank Of Baku

Paşinyan dekabrın 3-də Moskvada Putinlə görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan

© APA | Ermənistanın Baş naziri Nikol Paşinyan

# 19 noyabr 2026 15:56 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3-də Moskvaya işgüzar səfər edəcək və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

"Armenpress" xəbər verir ki, bu barədə Paşinyan bu gün jurnalistlərə keçirdiyi brifinqdə bildirib.

“Biz dekabrın 3-də Moskvaya işgüzar səfərimlə bağlı əvvəlcədən razılığa gəlmişik. Orada Rusiya Prezidenti ilə görüş və müzakirələr aparacağam”, – Paşinyan qeyd edib.

Ermənistanın Baş naziri dekabr ayında Rusiyaya daha iki səfərinin planlaşdırıldığını da açıqlayıb.

Onun sözlərinə görə, dekabrın 11-12-də Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək. Dekabrın sonunda isə o Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin görüşlərinə qatılmaq üçün Rusiyaya səfər edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR