Azərbaycanın COP-a ev sahibliyi etmək üçün müraciət etdiyi zaman da ciddi rəqabət vardı. Türkiyə də çox uğurlu namizəd ölkədir. Bir neçə məqam bunu sübut edir. İqlim mövzusunda böyük və aktiv nümayəndə heyəti var, Türkiyənin yerləşdiyi coğrafiyada iqlim dəyişikliyinin böyük təsiri mövcuddur.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə İstanbulda keçirilən “COP29 ilə COP30-u birləşdirən Diplomatiya, Fəaliyyət və İqlim Yolu” adlı konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib.
O qeyd edib ki, siyasi baxımdan da Türkiyənin indiyə qədər COP-a ev sahibliyi etməməsi, Paris anlaşmasına əsasən inkişaf etmiş və inkişafda etməkdə olan ölkələrin siyahısında olmaması böyük üstünlükdür: “Hər kəsin COP ev sahibindən gözləntisi neytral olması, kimsənin mövqeyini dəstəkləməməsi, onların maraqlarına xidmət etməməkdir. Biz bu məsələdə öz təcrübəmizi Türkiyə ilə paylaşmağa hazırıq”.