Azərbaycan, Türkiyə və Özbəkistan nəqliyyat sahəsində ciddi və önəmli addımlar atıb.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Ukrayna müharibəsindən sonra Orta Dəhlizin əhəmiyyəti artacaq.
Nazir əlavə edib ki, Azərbaycan-Türkiyə-Qazaxıstan XİN rəhbərləri və nəqliyyat nazirlərinin növbəti iclası Aktauda, Azərbaycan-Türkiyə-Özbəkistan
XİN rəhbərlərinin görüşü isə Türkiyədə keçiriləcək.