Bank Of Baku

Azərbaycan və Belarus FHN arasında sənəd imzalanıb - VİDEO

Azərbaycan və Belarus FHN arasında sənəd imzalanıb - VİDEO
# 04 noyabr 2026 16:00 (UTC +04:00)

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar Azərbaycanda səfərdə olan Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

FHN-dən APA-ya verilən məlumata görə, nazir Kəmaləddin Heydərov qonaqları salamlayaraq dünya çempionatında iştiraklarına görə təşəkkür edib, belə bir mötəbər idman tədbirinin ölkəmizdə təşkilinin əhəmiyyətinə toxunub, yarışın Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv olan ölkələrin xilasediciləri arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə və yanğın-xilasetmə idmanının inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan və Belarus arasındakı yüksək səviyyəli münasibətlərin daim genişləndiyini xatırladan nazir Kəmaləddin Heydərov, bu çərçivədə iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında uzun illər ərzində səmərəli əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edib. Nazir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində müntəzəm təmasların və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Bu səfərin və səfər əsnasında Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında imzalanan qarşılıqlı fəaliyyət və informasiya mübadiləsinin təşkili haqqında reqlamentin fövqəladə hallarla bağlı operativ informasiya və təcrübə mübadiləsinin genişləndirilməsinə mühüm töhfə verəcəyinə inandığını bildirib.

Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski görüşə görə təşəkkürünü bildirərək, Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Nazir V.Sinyavski Azərbaycanla Belarus arasındakı çoxşaxəli əlaqələrin sürətli inkişafı çərçivəsində iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumlarının əməkdaşlıq münasibətlərinin qarşılıqlı faydasından danışıb. Bildirib ki, müxtəlif səviyyəli səfərlər, keçirilən görüşlər və imzalanan sənədlər əlaqələrin inkişafına xüsusi töhfə verir. Bu mənada, hazırkı səfər zamanı aparılan danışıqların və imzalanan sənədin Azərbaycan və Belarusun Fövqəladə Hallar nazirlikləri arasında əlaqələrin daha da genişləndirilməsinə zəmin yaradacığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi ilə “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların İdarə edilməsi və Reaksiyavermə Respublika Mərkəzi” dövlət müəssisəsi arasında qarşılıqlı fəaliyyət və informasiya mübadiləsinin təşkili haqqında reqlament” imzalanıb.

Sənədi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski imzalayıblar.

Daha sonra Vadim Sinyavski əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması sahəsində fəaliyyətin inkişafı və təkmilləşdirilməsinə, Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı fəaliyyətin təşkilinə verdiyi əhəmiyyətli töhfəyə görə nazir Kəmaləddin Heydərova “Həyat fəaliyyəti təhlükəsizliyinin təbliğinə görə” döş nişanını təqdim edib.

Qeyd edək ki, səfər çərçivəsində Belarus Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir sıra qurumlarına səfər edərək fəaliyyətləri ilə yerində tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR