Azərbaycan və Belarus baytarlıq sahəsində əməkdaşlığı gücləndirmək istəyir

Azərbaycan və Belarus baytarlıq sahəsində əməkdaşlığı gücləndirmək istəyir
# 02 oktyabr 2024 18:33 (UTC +04:00)

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə olunub.

APA-nın xəbər verir ki, saziş çərçivəsində Azərbaycan və Belarus baytarlıq orqanları arasında əlaqələrin gücləndirilməsi, heyvan xəstəliklərinin qarşısının alınması və yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi, o cümlədən epizootiya vəziyyətinə nəzarət və qarşılıqlı məlumatlandırma sistemlərinin inkişafı nəzərdə tutulur.

Sənədə əsasən, beynəlxalq epizootik büronun Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı ilə əvəz olunması təklif edilir.

Qeyd edək ki, ""Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol” 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanıb.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR