21 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib.
XİN-dən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində Əlcəzair şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ikinci iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Əlcəzair tərəfindən isə Xarici Işlər Nazirliyinin Baş katibi Lounes Maqraman rəhbərlik edib. Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, ticarət və parlamentlərarası əlaqələrin hazırki vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında neft-qaz, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.
Çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Azərbaycanın 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyinin mühüm hadisə olduğu, ölkəmizin nüfuzu və beynəlxalq tədbirlərə ev sahibliyində zəngin təcrübəsinin qeyd edilən zirvə görüşünün uğurlu təşkilinə əminlik yaratdığı xüsusi olaraq qeyd edilib.
Əlcəzair tərəfinə münaqişə sonrası mövcud vəziyyət və sülh prosesi, o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa, quruculuq işləri, ərazilərimizin minalardan təmizlənməsi və vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdışı barədə məlumat verilib.
Siyasi məsləhətləşmələr zamanı tərəflər, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində, nazir müavini Yalçın Rəfiyev Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər, xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf tərəfindən qəbul edilib. Görüşdə Azərbaycan ilə Əlcəzair arasında siyasi münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub, ölkələrimiz arasında iqtisadi, ticarət və sərmayə sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Nazir müavini Yalçın Rəfiyev səfəri çərçivəsində Əlcəzarin Milli Mücahidlər Muzeyi ilə tanış olub. Muzeylə tanışlıq zamanı Əlcəzair xalqının müstəmləkəçiliyə qarşı apardığı müqavimət hərəkatı barədə məlumat verilib.
Azərbaycan və Əlcəzair arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO
Xarici siyasət
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyini müzakirə edib
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gedib
Ceyhun Bayramov ABŞ-ın sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri ilə görüşüb
Kvrivişvili: Azərbaycanla yeni iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etdik
Xəbər Lenti
Hörmüz boğazında bir neft tankeri raket atəşinə məruz qalıb
İran XİN: Ordumuz regiondakı iki ABŞ hərbi bazasında silah sistemlərini hədəfə alıb
İsrail ordusu Qəzza zolağında əməliyyata başladığını təsdiqləyib
"Bloomberg": ABŞ-ın üç aviadaşıyıcısından biri Fars körfəzini tərk edib
“Mossad” rəhbəri ABŞ rəsmiləri ilə görüşlərdə İrana birgə zərbələr endirilməsini təklif edib
GTA VI-nın təqdimatı ərəfəsində “PlayStation” sistemində dünya üzrə nasazlıqlar yaranıb
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyini müzakirə edib
Paşinyan: Yeni Konstitusiyanın qəbulundan sonra sülh müqaviləsinin imzalanması üçün zəmanətlər mövcuddur
Serbiya parlamentində ikinci gündür yeni sədr seçilə bilmir
Ermənistanda hərbi hissələrdən birində xidmət edən hərbçinin meyiti tapılıb
Xankəndidə mini futbol turniri başa çatıb
ABŞ-da demokratlar öz liderlərini Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd irəli sürüblər
Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanması ilə bağlı qanun layihəsini təsdiqləyib
ABŞ kəşfiyyatı: Süni intellektlə həyata keçirilən kiber əməliyyatların miqyası kəskin artıb
Bərdədə avtomobil piyadanı vurub öldürüb
Qazaxda yol qəzasında 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB 2
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gedib
Bakıda Şimali Kiprin müstəqilliyinin 43-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib
Almaniyanın XİN rəhbəri Paşinyan və Mirzoyanla görüşü barədə paylaşım edib
Ceyhun Bayramov ABŞ-ın sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri ilə görüşüb
Şuşanın "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” tədbirinin bağlanış mərasimi keçirilib - YENİLƏNİB
İranın Bəndər Abbas şəhərində eşidilən partlayış səslərinin səbəbi açıqlanıb
Kvrivişvili: Azərbaycanla yeni iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etdik
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində qərar verilib
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsinə zərbə endirib
Gürcüstan Müdafiə Qüvvələri komandanı Azərbaycan xüsusi təyinatlılarının məşğələsini izləyib - VİDEO
Aİ komissarı: Rusiya gələn il Ukraynaya 20 milyon dron buraxmağı planlaşdırır
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
Ukrayna ordusu Krasnodarda iki neft emalı zavodunun vurulduğunu təsdiqləyib
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
KİV: Putin Çinə nüvə çantası ilə gedib - VİDEO
Seneqal sahillərində miqrant qayığı batıb, 50-dən çox insan itkin düşüb
Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib
CENTCOM komandanı İsrail ordusunun ali rəhbərliyi ilə İranı müzakirə edib
DİN 104 kq narkotik, 8 min həbi dövriyyədən çıxarıb, 8 nəfər tutulub- VİDEO
Özbəkistanın axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılaraq təhvil verilib
Paşinyan TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılmalı olduğunu bildirib
Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb
Paşinyan Azərbaycanla sərhədyanı çayların birgə istifadəsi üzrə əməkdaşlıqdan danışıb
Neft və qaz ixrac edən ölkələr Antalyada enerji və iqlim məsələlərini müzakirə edib
Antalyaya uçan Rusiya təyyarəsində bomba təhlükəsi barədə məlumat daxil olub - YENİLƏNİB
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı növbəti imtahan ləğv edilib, ödəniş geri qaytarılacaq
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
Rusiya millisi AVRO-2028-in seçmə mərhələsinin püşkatmasına daxil edilməyib
Yeni hüquqi tənzimləmələrin tətbiqi ilə bağlı dövlət qulluğuna daxili müsahibə elanı ləğv edilib
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ