Azərbaycan və Mərakeş arasında viza rejimi ləğv edilir

Azərbaycan və Mərakeş arasında viza rejimi ləğv edilir
# 25 iyun 2024 11:47 (UTC +04:00)

Azərbaycan və Mərakeş arasında ümumvətəndaş pasportlarının sahibləri viza tələbindən azad edilir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR