Bank Of Baku

Azərbaycan və Ukrayna arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Ukrayna arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub
# 25 may 2025 14:15 (UTC +04:00)

Azərbaycan və Ukrayna arasında gələcəkdə minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub.

APA xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib ki, həmkarını Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra regionda münaqişədən sonrakı vəziyyət, xüsusilə yüz minlərlə keçmiş məcburi köçkünün öz doğma torpaqlarına qayıtması üçün göstərilən səylər barədə məlumatlandırıb.

“Biz həmçinin ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən tədbirləri müzakirə etdik, çünki minaların mövcudluğu əhalinin qayıtması üçün ciddi maneə olaraq qalır", - deyə nazir bildirib.

Andrey Sibiqa qeyd edib ki, azərbaycanlı həmkarıyla minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə ediblər: “Azərbaycanın bu sahədəki təcrübəsi var. Biz dünyanın bununla bağlı dəstəyini tələb edəcəyik, istəyəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR