Bank Of Baku

Azərbaycan XİN: ABŞ, Britaniya, İsveçrə və Aİ səfirlərinin iddialarını qətiyyətlə rədd edirik

Azərbaycan XİN: ABŞ, Britaniya, İsveçrə və Aİ səfirlərinin iddialarını qətiyyətlə rədd edirik
# 05 dekabr 2024 00:45 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya, İsveçrə və Avropa İttifaqı səfirlərinin dekabrın 4-də Bakıda keçirilmiş tədbir zamanı Azərbaycanda “jurnalistlər” və “siyasi fəallar”ın saxlanılması ilə bağlı iddialarına münasibət bildirib.

APA xəbər verir ki, XİN bununla bağlı yaydığı açıqlamasında bu iddiaları rədd edib.

“ABŞ, Böyük Britaniya, İsveçrə və Avropa İttifaqı səfirlərinin dekabrın 4-də Bakıda keçirilmiş tədbir zamanı Azərbaycanda “jurnalistlər” və “siyasi fəallar”ın saxlanılması ilə bağlı iddialarını qətiyyətlə rədd edirik. Bu bəyanatlar Azərbaycanın məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir.

İstintaqın gedişinə və məhkəmə prosesinə müdaxilə hüquqi dövlətin təməl prinsipi olan qanunun aliliyi ilə ziddiyyət təşkil edir” , - deyə XİN-in açıqlamasında deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR