Bank Of Baku

Azərbaycan XİN başçısı: Ermənistan və Fransada bayrağımızın yandırılması cinayət əməli kimi qiymətləndirilməlidir

Ceyhun Bayramov, xarici işlər naziri

© APA | Ceyhun Bayramov, xarici işlər naziri

# 25 aprel 2025 18:42 (UTC +04:00)

Ermənistanda revanşist meyllər və radikal diaspor nümayəndələrinin çıxışları qeyd edilməlidir.


APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında deyib.


Nazir bildirib ki, Ermənistanda Azərbaycanın dövlət rəmzi olan bayrağımız yandırılıb: “Dünən isə Fransada bayrağımız yandırılıb. Hər iki ölkənin aidiyyəti strukturlarına çağırış edirik. Cinayət tərkibli əməllərin qiymətləndirilməsi labüddür. Bu addımlar utancverici hərəkətlərdir. Burada həmçinin tərəfimizdən ictimai qınaq mesajlarını da önəmli hesab edirik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR