Bank Of Baku

Azərbaycan XİN Dominikan Respublikası hökumətinə başsağlığı verib

Azərbaycan XİN Dominikan Respublikası hökumətinə başsağlığı verib
# 09 aprel 2025 20:11 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda baş vermiş hadisə ilə bağlı ölkə hökumətinə başsağlığı verib.

APA xəbər verir ki, XİN-in “X” hesabında paylaşdığı mətndə deyilir:

“Santo-Dominqoda onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən binanın uçması ilə əlaqədar Dominikan Respublikası hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Bu faciəvi hadisədə yaralananların hamısına tezliklə şəfa diləyirik.”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR