Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşelər bu gün Kəlbəcərə səfər çərçivəsində “Yuxarı Vəng” Su Elektrik Stansiyasına (SES) baş çəkiblər.
APA xəbər verir ki, diplomatlara məlumat verilib ki, Kəlbəcərə rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” SES bu il sentyabrın 2-də işə salınıb.
Stansiyanın gücü, texniki imkanları, fəaliyyəti barədə ətraflı məlumat verilib.
Daha sonra qonaqlar stansiya ilə yaxından tanış olublar.