Bank Of Baku

Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb

Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb
# 30 sentyabr 2024 10:07 (UTC +04:00)

Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb.

APA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günündə COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev deyib.

O bildirib ki, 3 həftə sonra Kolumbiyanın Kali şəhərində BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 16-cı Tərəflər Konfransının keçirilməsi nəzərdə tutulur: “Bu platformadan istifadə edərək bildirmək istəyirəm ki, Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb. Ev sahibliyi ilə bağlı yekun qərar bu ayın sonunda Kali şəhərindəki COP zamanı qəbul ediləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR