Ümumi coğrafiyada təhlükəsizlik mühiti, baş verən münaqişələr, onun region ölkələrinə təsirləri və bir sıra digər məsələləri müzakirə etmək imkanımız oldu.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ermənistanla Azərbaycan arasında son vəziyyət barədə xanım həmkarımı məlumatlandırıb: “Bu ilin mart ayında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşdırılması barədə məlumat verdim. Azərbaycanın Ermənistandan gözləntiləri bir daha detallı şəkildə izah edildi. Aİ–dən olan həmkarlar Azərbaycanın mövqeyini yaxşı bilirlər. Bu, yeni mövqe deyil, 2 ildir masanın üzərindədir”.