Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İİR XİN-nin Beynəlxalq Hüquqi məsələlər İdarəsinin rəisi Seyid Əli Musəvi ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin "X" hesabında məlumat verilib.
Məlumatda həmçinin görüş zamanı ikitərəfli hüquqi məsələlərə dair müzakirələrin aparıldığı bildirilib.