Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə görüşüb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran bəzi aktual aspektləri ətrafında fikir mübadiləsi aparılıb.