Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayev Sergey Lavrovla görüşüb

Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayev Sergey Lavrovla görüşüb
# 04 oktyabr 2024 22:41 (UTC +04:00)

Azərbaycan Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovla görüşüb.

APA-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, görüşdə Lavrov Azərbaycan səfirinə fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra R. Mustafayev Rusiya Federasiyasının Xarici İşlər Nazirinin müavini Mixail Qaluzinlə görüşüb. Söhbət zamanı Rusiya-Azərbaycan münasibətlərinin mütərəqqi inkişafı vurğulanıb, ikitərəfli gündəliyin bəzi aktual mövzuları müzakirə edilib.

Azərbaycan səfiri etimadnaməsinin sürətini Rusiya XİN başçısının müavininə təqdim edib.

Ən yaxın dövlətlərarası təmasların cədvəli nəzərdən keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR