Bank Of Baku

Azərbaycanın Ukraynaya humanitar yardımlarının həcmi məlum olub

Azərbaycanın Ukraynaya humanitar yardımlarının həcmi məlum olub
# 14 mart 2025 11:11 (UTC +04:00)

Azərbaycan keçən il Ukraynaya humanitar yardım göstərməyə davam edib.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə göndərilməsinə 2023-cü ildə başlanmış elektrik avadanlıqlarından ibarət yardımın (7,6 mln. ABŞ dolları məbləğində) çatdırılması 2024-cü ildə tamamlanıb. Beləliklə, elektrik avadanlıqlarından ibarət ümumilikdə 107 yük maşını Ukraynaya yola salınıb. Kiyevdə uşaq kitabxanasının sığınacağının təmiri üçün 30 min ABŞ dolları məbləğində maddi yardım göstərilib. Ümumilikdə, Azərbaycan Respublikası tərəfindən bu günədək Ukraynaya göstərilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımların məbləği təxminən 40 mln. ABŞ dollarından çox olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR