Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki Baş konsulluğunda təyyarə qəzası qurbanlarının xatirəsi yad edilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluqda dərin ehtiramla yad edilib.
Konsulluqda başsağlığı kitabı açılıb.