Bank Of Baku

Azərbaycanla Qırğızıstan arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycanla Qırğızıstan arasında siyasi məsləhətləşmələr keçirilib
# 12 aprel 2022 17:46 (UTC +04:00)

Azərbaycan və Qırğızıstan Xarici İşlər nazirlikləri arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib.

APA XİN-ə istinadən xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, Qırğızıstan tərəfindən isə nümayəndə heyətinə nazir müavini Aybek Moldoqaziyev rəhbərlik edib.

Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin gündəliyində duran aktual mövzuları, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Bundan əlavə, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar.

İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR