“30 avqust Beynəlxalq İtkin Düşmüşlər günüdür. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi bununla bağlı diplomatik korpusun nümayəndələrinin də iştirakı ilə hibrid formada tədbir keçirəcək”.
APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təşkil edilən “Laçın: Post münaqişə dövrünün yeni mərhələsi” adlı dəyirmi masada BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
Fərid Şəfiyev deyib ki, Birinci Qarabağ müharibəsində 4 minə qədər azərbaycanlı itkin düşüb: “Prezident İlham Əliyev hər zaman görüşlərdə itkinlər məsələsinə xüsusi diqqət ayırır. Ona görə də biz itkinlər məsələsini hər zaman xüsusi diqqət mərkəzində saxlamalıyıq”.