Bank Of Baku

Bakı Təşəbbüs Qrupu ilə Reyunyon adasının "Ka Ubuntu" təşkilatı arasında memorandum imzalanıb - FOTO

Bakı Təşəbbüs Qrupu ilə Reyunyon adasının "Ka Ubuntu" təşkilatı arasında memorandum imzalanıb - FOTO
# 21 yanvar 2025 15:58 (UTC +04:00)

Bakı Təşəbbüs Qrupu (BTQ) və Reyunyon adasının "Ka Ubuntu" təşkilatı arasında memorandum imzalanıb.

APA xəbər verir ki, memorandumu "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda BTQ-nin icraçı direktoru Abbas Abbasov və "Ka Ubuntu" hərəkarının sədri Romain Katambara imzalayıblar.

A.Abbasov qeyd edib ki, praktiki əməkdaşlığı ehtiva edən bu memorandum yalnız siyasi müstəvidə deyil, həm də təhsil sektorunda da ada xalqına dəstək göstərəcək. O, həmçinin qeyd edib ki, memorandum növbəti illərdə də uzadılacaq, beynəlxalq müstəvidə dekolonizasiyaya müsbət töhfə verəcək.

Xatırladaq ki, Reyunyon BTQ-nin əməkdaşlıq etdiyi 11-ci region ölkəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR