Bakı Təşəbbüsü Qrupunun təşkilatçılığı ilə İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfrans keçiriləcək

Bakı Təşəbbüsü Qrupunun təşkilatçılığı ilə İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfrans keçiriləcək
# 23 fevral 2024 22:24 (UTC +04:00)

İstanbulda Bakı Təşəbbüsü Qrupunun təşkilatçılığı ilə baş tutacaq “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfrans keçiriləcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bununla bağlı İstanbulda tədbirin gündəliyinə dair mətbuat konfransı baş tutub.

“Bakı Təşəbbüsü Qrupu”nun icraçı direktoru Abbas Abbasov bu tədbirin əsas məqsədinin Fransanın müstəmləkəçilik siyasətindən zərər çəkmiş ölkələrin səsini çatdırmaq olduğunu bildirib:

“Biz 2023-cü ilin son 4 ayında 5 beynəlxalq konfrans keçirmişik. Bakı Təşəbbüs Qrupu olaraq beynəlxalq platformda onların səsini çatdıra bildik. 2024-cü ildə fəaliyyıtimizin istiqaməti tək siyasət olmayacaq. Bura təhsil, sosial sahə və iqtisadi aktivlik də daxil olacaq. Bu və digər bütün tədbirlərimizə Afrika ölkələrindən mütəxəssislər dəvət edirik ki, bu da onların mövqelərinin bizim üçün çox vacib olduğu deməkdir. Bundan əlavə yaxın zamanda 2024-cü il üçün iş planımızı da təqdim edəcəyik”.

Fransanın müstəmləkəçilik siyasətinin qurbanı olmuş region nümayəndələri bu konfransın reallıqları dünyaya çatdırmaq üçün xüsusi önəm kəsb etdiyini vurğulayıb.

Onların sözlərinə görə, Fransanın yeganə məqsədi bu ərazilərin bütün təbii və maddi sərvətlərini talamaq və insanları yoxsulluq səviyyəsində saxlamaqdır.

Qeyd edək ki, 24-25 fevralda İstanbulda baş tutacaq konfransa 13 ölkə və 5 beynəlxalq təşkilatdan iştirakçılar qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR