Bu gün Bakıda 30 Avqust - Türkiyənin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin Zəfər bayramı münasibətilə tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Türkiyə ictimaiyyətinin nümayəndələri, ictimai-siyasi xadimlər iştirak edib.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, mərasimə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov, VI çağırış Milli Məclis deputatları, eləcə də Türkiyəli iş adamları qatılıb.